NATO-nun iclasında Qazaxıstan və Rusiya müzakirə edildi
FÖVQƏLADƏ TOPLANTI
NATO xarici işlər nazirlərinin videokonfrans formatında fövqəladə iclası keçirilib.
 
Senzor.az
xarici KİV-ə istinadən bildirir ki, nazirlər Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.
 
“NATO xarici işlər nazirləri Qazaxıstanda zorakılığın dayandırılmasını və vətəndaşların dinc etiraz hüququna hörmət edilməsini vacib hesab ediblər”, - deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
 
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
 
Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
 
İclas zamanı nazirlər NATO-Rusiya Şurasının yanvarın 12-də keçiriləcək iclası ərəfəsində Rusiya ilə münasibətlərdə dialoq, diplomatiya və deeskalasiyaya çağırıblar.
 
NATO ölkələri Rusiyaya qarşı Brüssel və Vaşinqtondan səslənən “Ukraynaya təcavüz” ittihamlar kontekstində birlik ifadə ediblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.