
Senzor.az bildirir ki, xəbəri ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Con Hopkins Universiteti yayıb.
Qeyd olunub ki, pandemiya başlayandan indiyədək 5 milyon 484 min 487 nəfər dünyasını dəyişib.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada birinci yerdədir. Belə ki, Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 59 milyon 767 min 221, infeksiya səbəbindən ölənlərin sayı isə 837 264 nəfərdir.