
TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bügünədək Almatı şəhərində 103, Qızılorda vilayətində 21, Jambıl vilayətində 10, Almatı vilayətində 8 nəfər ölüb.
İğtişaşlar zamanı saxlanılanların sayı isə 5969 nəfərə çatıb.
Xatırladaq ki, Qazaxıstanda iğtişaşlar maye qazın bahalaşmasına etiraz olaraq başlayıb. Hazırda ölkədə fövqəladə vəziyyət hökm sürür.
Onu da xatırladaq ki, yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.