
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Nork” Yoluxucu Xəstəliklər Xəstəxanasının əməkdaşları Səhiyyə Nazirliyinə etiraz edirlər.
Məlumata görə, onlara bildirilib ki, 2022-ci ildən işdən çıxarılıblar. İlkin siyahıya görə, söhbət işsiz qalan 80 əməkdaşdan gedir. Etirazçılar deyirlər ki, xəstəxana rəhbərliyi onlara başqa tibb müəssisələrində işə götürüləcəklərini deməklə də yalan danışıb.
Mətbuat yazıb ki, hadisənin təfərrüatları və ixtisarlarla bağlı nazirliklə dəqiqləşdirmələr aparandan sonra oxuculara əlavə məlumat verəcəklər.