
“Sputnik Qazaxıstan” bildirir ki, çıxışında dövlət başçısı iğtişaşçıların hüquq-mühafizə orqanlarına qarşı qəddar rəftarından bəhs edib.
O bildirib ki, iğtişaşçılar polisləri xüsusi amansızlıqla döyüb, onlardan ikisinin başını kəsiblər.
O, həmçinin quldur adlandırdığı iğtişaşçıların gecələr morqlara hücum etdiklərini bildirib.
“Quldurlar gecələr morqlara hücum edib, ölən əlbirlərinin cəsədlərini götürüblər. Bu beynəlxalq terrorçuların təcrübəsidir, onlar bu yolla izlərini silmək istəyirdilər”, - deyə Prezident qeyd edib.
Qazaxıstan Prezidenti bəzi mənbələrin hakimiyyətin dinc etirazçılarla mübarizə apardığını söylədiyini bildirib.
“Bu tamamilə dezinformasiyadır. Biz heç vaxt dinc etirazçılara qarşı güc tətbiq etməmişik və etməyəcəyik”, - deyə o vurğulayıb.
Qazaxıstanda yaşanan hadisələri “Almatı faciəsi” adlandıran Tokayev yaxın vaxtlarda antiterror əməliyyatının və onunla birlikdə KTMT missiyasının başa çatacağını da bildirib.