
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, buna qədər Qazaxıstan parlamentinin aşağı palatası da Baş nazirin birinci müavini A.Smailovun Baş nazir postuna namizədliyini təsdiqləmişdi.
Ə.Smailov 1972-ci ildə dekabrın 18-də Qazaxıstanın Almatı şəhərində anadan olub. 1993-cü ildən maliyyə və iqtisadiyyat sahələrində müxtəlif vəzifələrdə çalışıb.
O, bu il yanvarın 5-dən Baş nazir səlahiyyətlərini icra edirdi.