
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Limassol şəhərindən 112 km şimal-qərbdə, yerin 2 km dərinliyində qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar ölkənin Mersin, Antalya, Adana, Konya və digər şəhərlərində hiss edilib.
Zəlzələ Türkiyə vaxtı ilə 04:07-də qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.