Çinin şimal-qərbindəki Qansu vilayətində 5,5 bal gücündə zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Çinin Seysmoloji Mərkəzi yayıb.
Qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 7:38-də (Bakı vaxtı ilə 3:38) vilayətin Ağsay Qazax muxtar rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 15 kilometr dərinlikdə olub.
Yerli səlahiyyətlilərin açıqlamasına əsasən, zəlzələnin episentri rayon mərkəzindən 130 kilometr məsafədə, əhalinin seyrək yaşadığı ərazidə olub. Tələfat və dağıntı barədə məlumat yoxdur. Mülki müdafiə qüvvələri hazır vəziyyətə gətirilib.