
Trend bildirir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Prezident və Baş nazir özlərini yaxşı hiss edirlər. Prezident administrasiyasının adi rejimdə fəaliyyəti üçün bütün tədbirlər görülüb.
Eyni zamanda Bolqarıstan hökumətinin mətbuat xidməti bildirib ki, Baş nazir Kiril Petkovla yanaşı, Baş nazirin müavini və maliyyə naziri Asen Vasilev də özünütəcrid rejiminə keçib.
Qeyd edək ki, parlamentin sədri Nikola Minçev iclasdan sonra özünü pis hiss edib, test nəticəsində onun koronavirusa yoluxduğu məlum olub.