
Bu barədə "Al Hadath" TV məlumat yayıb.
Ərəb koalisiyasının nümayəndəsi bildirib ki, husilər ölkədə münaqişənin siyasi həlli prosesinə xələl gətirir və dialoqdan imtina edirlər.
Bundan əvvəl yanvarın 10-da ərəb koalisiyasi husi qoşunlarının Yəmənin mərkəzindəki Şabva əyalətindən tamamilə çıxarıldığını elan edib.
“Report” xaqtırladır ki, 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli - ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.