
“Worldometers” saytının məlumatına görə, yanvarın 12-sinə qədər COVID-19-a yoluxanların sayı 314 180 883 nəfər olub.
Məlumatda 261 786 576 nəfərin sağaldığı, 5 521 522 nəfərin isə öldüyü bildirilir.
Pandemiyanın başlanğıcından bəri ən çox yoluxma hadisəsi ABŞ (63 390 876), Hindistan (36 070 510) və Braziliyada (22 630 142) qeydə alınıb.