
Senzor.az bildirir ki, dörd saata yaxın davam edən iclas zamanı təhlükəsizlik məsələləri müzakirə olunub.
Xatırladaq ki, ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la təhlükəsizlik təminatı barədə müqavilənin layihəsini təqdim etmişdi.
NATO təmsilçisi, ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman görüşdən sonra öz "Twitter" səhifəsində yazıb ki, hər bir ölkə təhlükəsizlik məsələləri ilə bağlı öz yolunu seçmək hüququna malikdir. Bu isə əslində toplantının nəticəsiz başa çatması anlamına gəlir.

**13:57
Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb.
İclasda Avropanın təhlükəsizliyi, Ukrayna və onun ətrafındakı vəziyyət və digər aktual məsələlər müzakirə olunacaq.
Görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq brifinq keçirəcək.
NATO-Rusiya Şurasının iclasında Moskvanı xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edir.
ABŞ dövlət katibinin müavini Vendi Şerman da iclasda iştirak edir.
