
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
"Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qar və buzla əlaqədar bağlanıb", - məlumatda deyilir.
Digər nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilir.
Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti gecə-gündüz, ancaq uçqunlardan qorunan tunellər vasitəsilə və patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçirilir.
Xatırladaq ki, Gürcüstan Hərbi Magistralı hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.