
Senzor.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən bildirir ki, bu, pandemiya başlayandan ən yüksək gündəlik göstəricidir.
Belə ki, ilk dəfədir 24 saat ərzində yoluxanların sayı 3 milyonu keçib.
Bundan əvvəlki antirekord cari il yanvarın 6-da qeydə alınmışdı, həmin vaxt 24 saat ərzində 2 618 130 yoluxma halı aşkar edilmişdi.
Son bir gün ərzində dünyada 7 735 nəfər isə pandemiyanın qurbanı olub. Ümumilikdə koronavirusdan 5 501 000 nəfər dünyasını dəyişib.
ÜST-yə daxil olan məlumatlara görə ən çox təsdiqlənmiş yoluxma (61 332 277) və ölüm halları (833 519) ABŞ-da qeydə alınıb.
Xatırladaq ki, ÜST-nin statistikası yoluxanlar və ölənlər barədə dövlətlər tərəfindən təqdim edilən yalnız rəsmi təsdiqlənmiş məlumatlar əsasında hazırlanır.