
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazlara səbəb "Taliban" tərəfindən Məzari-Şərif şəhərində səhra komandiri, etnik özbək olan Mahdum Alamın həbsi olub.
Bununla əlaqədar özbək icmasının nümayəndələri küçələrə çıxaraq Alamın dərhal azad edilməsini tələb ediblər.
Etirazçılar "Taliban" rəhbərliyinə ultimatum veriblər və bildiriblər ki, Alam azad olunmasa, Fəryab əyaləti mərkəzə tabe olmağı dayandıracaq.