
Senzor.az bildirir ki, məlumatda görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi qeyd edilib.
"Xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında dialoq yolu ilə normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar. Tərəflər tam normallaşmaya nail olmaq üçün ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər", - Ermənistan XİN-in açıqlamasında deyilir.
Xatırladaq ki, ilk görüş bu gün Moskvada olub.