Gürcüstanda son sutkada daha 79 nəfər pandemiyanın qurbanı olub. Ölkədə həm də 4 128 yeni yoluxma qeydə alınıb. 5 611 nəfər isə sağalaraq evə buraxılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi yayıb.
Ölüm halları ilə bağlı vurğulanıb ki, bu, son 6 ayda ən yüksək göstəricidir.
Qeyd edək ki, Gürcüstanda indiyədək 532 min 171 nəfər COVID-19-a yoluxub. Onların 468 min 917-si sağalıb, 7 028-i isə dünyasını dəyişib.