
“Samruk-Kazına” Fondunun məlumatına görə, Elbasının kiçik qızı Aliyə Nazarbayevanın əri Dimaş Dosanov Qazaxıstanın “KazTransOil” dövlət şirkətinin baş direktoru, İdarə Heyətinin sədri vəzifəsini tərk edib: “Direktorlar Şurasının 14 yanvar 2022-ci il tarixli qərarına əsasən, D.Dosanovun ərizəsi nəzərə alınaraq, “KazTransOil” SC-nin baş direktoru (İdarə Heyətinin sədri) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib”.

Qazaxıstan KİV-i Şaripbayevi keçmiş prezidentin böyük qızı - parlamentin deputatı Dariqa Nazarbayevanın ikinci əri adlandırır.

Dariqa Nazarbayeva parlamentin yanvarın 12-də keçirilən iclasında iştirak etməyib. Parlamentin aşağı platasının mətbuat xidməti Nazarbayevanın xəstəlik məzuniyyətində olduğunu bəyan edib.