ABŞ-da sinaqoqda girov götürülənlərin hamısı azad edildi – YENİLƏNİB
ABŞ-ın Texas ştatının Kollivil şəhəri polisi sinaqoqda şübhəli bilinən şəxsin öldüyünü təsdiqləyib.
 
Bu barədə CNN xəbər yayıb.
 
Bundan əvvəl Texasın qubernatoru Qreq Ebbot Kollivilldəki sinaqoqda girov götürülənlərin hamısının azad edildiyini, onların xəsarət almadıqlarını bildirib. 
 
“Fort Worth Star-Telegram” konqresmen Beth van Dyne-ə istinadən məlumat verib ki, girov götürülən şəxs ölüb.
 
"Yerli vaxtla saat 21 radələrində girovların xilasetmə qrupu sinaqoqa daxil olub, onlar üç girovu xilas ediblər. Şübhəli şəxs ölüb", - Kollivilin polis rəisi Maykl Miller deyib.
 
Daha əvvəl bildirilirdi ki, silahlı şəxs dörd nəfəri, o cümlədən ravvini girov götürüb.
 
** 07:46
 
ABŞ-ın Texas ştatının Kollivill şəhərindəki sinaqoqda naməlum şəxsin girov götürdüyü insanların hamısı azad edilib.
 
Bunu Texas ştatının qubernatoru Qreq Ebbot deyib.
 
Onun sözlərinə görə, sinaqoqda olanların heç biri xəsarət almayıb.
 
“Dualar qəbul olundu. Bütün girovlar azaddırlar, onlar sağdırlar və xəsarət almayıblar”, - deyə o, “Tvitter”də yazıb. 
 
Məlumatı tezliklə şəhər polisi də təsdiqləyib.
 
 
**00:08
 
ABŞ-ın Texas ştatının Kollivill şəhərindəki sinaqoqda silahlı şəxs insanları girov götürüb.
 
Bu barədə “RİA Novosti” xəbər yayıb.
 
Qeyd olunub ki, hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri və Federal Təhqiqat Bürosunun əməkdaşları cəlb olunub.
 
“ABC” telekanalı bildirib ki, silahlı şəxs dörd nəfəri, o cümlədən bir ravvini girov götürüb.
 
Girov götürən şəxsdə partlayıcı qurğuların olduğunu iddia edilir. 
 
Ehtimal edilir ki, girov götürən şəxs terrorizmdə təqsirli bilinən Aafiya Saddikinin qardaşıdır.  
 
Cinayətkarın bacısı “Əl-Qaidə” terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinirdi və Amerika əsgərinə hücum etmək, onu öldürməyə cəhdə görə 86 il azadlıqdan məhrum edilib. Cinayətkar bacısının həbsdən azad edilməsini tələb edir.
 
Məlumata görə, adı açıqlanmayan şəxslə Federal Təhqiqat Bürosunun əməkdaşı əlaqə saxlayıb. Girovların vəziyyəti Ağ Ev tərəfindən nəzarətdə saxlanılır.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.