
Senzor.az Tehran Universitetinin Seysmoloji Mərkəzinə istinadən bildirir ki, zəlzələ vilayətin Sireç şəhəri yaxınlığında, 12 kilometr dərinlikdə baş verib.
Bildirilib ki, Kirman vilayətində 18 aktiv zəlzələ ocağı var və onlar zaman-zaman fəallaşır.
Zəlzələ zamanı ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yoxdur. Hadisə yerinə təcili-tibbi yardım və xilasedicilər cəlb olunub.
Xatırladaq ki, Kirman vilayətində dünən də zəlzələ qeydə alınmışdı - 4,5 bal gücündə.