"Taliban" Çini, hakimiyyətinin dünyada tanınmasına kömək etməyə çağırıb.
"Report" xəbər verir ki, Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Siracuddin Həqqani bu istəyini Çinin Kabildəki səfiri Vanq Yu ilə keçirdiyi görüşdə dilə gətirib.
Vanq Yu qeyd edib ki, Çin Əfqanıstana humanitar yardım göstərməkdə davam edir. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət əfqanlara öz seçdikləri hökuməti formalaşdırmağa icazə verməli və ABŞ Əfqanıstandakı humanitar böhrana görə məsuliyyəti öz üzərinə götürməlidir.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bildirmişdi ki, birtərəfli sanksiyalar və Əfqanıstanın xarici aktivlərinin dondurulması ölkədə humanitar fəlakəti daha da gücləndirir, dondurulmuş bütün aktivlər ən qısa zamanda həqiqi sahiblərinə qaytarılmalıdır. Çin, həmçinin Əfqanıstana bir milyon doza koronavirus peyvəndi və 1,6 milyon şpris bağışlayıb.