ABŞ-ın “The New York Times” nəşri Vaşinqtonla Moskva arasında yaranmış gərginliyə dair maraqlı məqalə dərc edib.
Qəzet öz mənbələrinə istinadən iddia edib ki, Rusiya Amerikanı nüvə silahı ilə hədələyib.
Məqalədə qeyd olunur ki, Birləşmiş Ştatlar Rusiyanın təhlükəsizlik zəmanəti tələblərini qəbul etməyəcəksə, bəzi sərt, ekstremal tədbirlər həyata keçiriləcək. Kremlin nümayəndə heyəti ABŞ-la danışıqlarda nüvə silahının Amerika sahillərinə daha yaxın ərazilərdə yerləşdirilməsi ehtimalına eyham vurub.
“The New York Times” Rusiya Federasiyasının təhlükəli raketlərini yerləşdirməyi planlaşdırdığı ölkələrin siyahısını dəqiqləşdirməyib. Lakin bunun baş verəcəyi halda məlum raketlərin ABŞ-a uçuş vaxtının beş dəqiqə olacağını yazıb. Məqalə müəllifi mövcud vəziyyətlə 1962-ci ildəki Karib böhranının tamamilə təkrarlandığını vurğulayıb.
Azvision.az xatırladır ki, yanvarın 10-da İsveçrədə ABŞ və Rusiya Federasiyası arasında strateji sabitlik və təhlükəsizlik təminatları məsələsi üzrə danışıqların ilkin raundu, yanvarın 12-də isə Rusiya-NATO Şurasının iclası keçirilib.