Kabildə partlayışlar: ölü sayı 100 nəfəri keçdi, yüzlərlə yaralı var YENİLƏNİB

Kabil hava limanında baş verən partlayışlar zamanı həyatını itirənlərin ümumi sayı 100 nəfəri keçib.

“Wall Street Journal” Əfqanıstan Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadən bildirib ki, ötən gün baş verən 6 partlayış nəticəsində 90 Əfqanıstan vətəndaşı, Pentaqonun məlumatına görə, 13 ABŞ hərbçisi həlak olub.

**00:52

Kabildə baş verən partlayışlar 90 nəfərin həyatına son qoyub.
 
Senzor.az bildirir ki, xəbəri “Al-Arabiya” telekanalı yayıb. 

Yaralananların sayı isə 158-dir.

**23:31(26.08.2021)

Kabil hava limanı yaxınlığındakı partlayışlar nəticəsində 60-dan çox insan ölüb, 150 nəfər yaralanıb.

 
TASS bildirir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.
 
Yayılan məlumatlara görə, qurbanların arasında həm Əfqanıstan, həm də ABŞ vətəndaşları var.
 
ABŞ mediasının məlumatına görə, ilk partlayış İŞİD terrorçusunun təxliyə gözləyən qərblilərin qaldığı "The Baron" otelinin qarşısında özünü partlatması nəticəsində baş verib.
 
**20:22

Əfqanıstanın Kabil hava limanında baş verən partlayış nəticəsində 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.
 
"Əl-Cəzirə"nin məlumatına görə, yaralılardan əksəriyyətinin vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Qeyd edək ki, Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla hadisəni terror aktı adlandırıb.

 
**18:56

Əfqanıstanın paytaxtı Kabilin hava limanının girişində terror xəbərdarlığı səbəbi ilə bağlanmış 3 giriş qapısından birində partlayış baş verib.
 
“Reuters” xəbər xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib və azı 13 nəfər ölüb. 
“Əl -Cəzirə” telekanalının verdiyi məlumata görə, azı 15 nəfər yaralanıb.
 
Böyük Britaniya Müdafiə Nazirliyi partlayış nəticəsində itkilərin olmadığını, Pentaqon isə 3 ABŞ hərbçisinin yaralandığını bildirib. Öz növbəsində, "Al Hadath" ölənlər arasında ABŞ hərbçilərinin də olduğunu vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.