
Senzor.az bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat yayıb.
Tərəflər yanvarın 10-da Cenevrədə, yanvarın 12-də Brüsseldə və yanvarın 13-də Vyanda keçirilən danışıqları müzakirə ediblər.
ABŞ dövlət katibi Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq üçün diplomatik yolun davam etdirilməsinin vacib olduğunu bildirib.
Blinken ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı dəyişməz öhdəliyini təkrar edib və vurğulayıb ki, Avropanın təhlükəsizliyi ilə bağlı istənilən müzakirədə NATO müttəfiqləri və Avropadan tərəfdaşlar, həmçinin Ukrayna iştirak etməlidir.