Türkiyədə güclü qar Karabük vilayətində çətin vəziyyət yaradıb.
İHA bildirir ki, dünən səhər saatlarından başlayan qarın hündürlüyü 40 santimetrə çatıb, park edilmiş avtomobillər isə qarın altında itib.
Səhər işə getmək üçün küçəyə çıxan vətəndaşlar nəqliyyat vasitələrini tanımaqda çətinlik çəkiblər. İnsanlar belə qar yağmasının ilk dəfə şahidi olduqlarını deyirlər.
Qaziantepdə 0.5 - 1 metrə qədər qar yağıb. Nəqliyyat iflic vəziyyətə düşüb, insanlar saatlarla avtomobillərindən və digər nəqliyyat vasitələrindən çıxa bilməyiblər.
Qeyd edək ki, bölgədə bir metrlik qar təbəqəsi sonuncu dəfə 1968-ci ildə qeydə alınıb.