Gürcüstanda son sutkada daha 8 767 nəfər koronavirusa yoluxub, 49 pasiyent pandemiyanın qurbanı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, bu, ölkədə koronavirusa yoluxma sayında yeni antirekorddur. Yeri gəlmişkən, bundan iki gün öncə koronavirusa 24 saatda 8 728 nəfər yoluxmuşdu.
Beləliklə, ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 030 710-a, sagalanların sayı 951 428-ə , bu virusdan ölənlərin sayı isə 14 631-ə çatıb.
Hazırda ölkədə 64 625 nəfər aktiv koronavirus xəstəsi var.
Onu da qeyd edək ki, indiyədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 1 419 yoluxma faktı qeydə alınıb. Yanvarın sonu - fevralın əvvəlində ölkədə yeni ştama yoluxma hallarının pik həddə çatacağı gözlənilir.