PKK Cənubi Kiprdə ofis açır - TÜRKİYƏDƏN SƏRT REAKSİYA
PKK terror təşkilatı Cənubi Kiprdə ofis açmağa hazırlaşır. Türkiyə rəsmiləri ölkənin siyasi gündəmində geniş müzakirələrə səbəb olan bu addımı qəti şəkildə pisləyir, PKK-nın terror məqsədləri üçün ofis açmasının yolverilməz olduğunu bildirirlər.
 
Təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu modern.az-a açıqlamasında bildirib ki, Kipr Rum Administrasiyasının PKK/PYD-yə ofis açmaq icazəsi verməsi Türkiyə ilə münasibətlərdə gərginliyə səbəb olacaq.
 
Onun sözlərinə görə, Cənubi Kipr bu hərəkətlə iki ölkə arasındakı əlaqələrə böyük zərbə vurur.
 
“Zaman-zaman terror təşkilatı PKK-ya ev sahibliyi edən Cənubi Kipr son qərarı ilə sərhədləri tamamilə aşıb. Yunanıstan və Cənubi Kipr bütün tarixi proseslərdə Türkiyənin düşmənləri ilə dost olub və siyasətlərini buna uyğunlaşdırıblar. Bu qərarı düzgün hesab etməsək də, təəccüblənmədik. Çünki terrordan qidalanan ölkələrdən başqa nəticə gözlənilmir. Terrora qucaq açan Kipr Rum Administrasiyasının hüdudlarını aşan bu vəziyyət gələcəkdə bitə bilər. Necə deyərlər, odla oynayanlar axırda yanacaqlar”, - deyə ekspert vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.