Səudiyyə Ərəbistanının 6 şəhərinə qar yağıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, ölkənin bəzi bölgələrində havanın temperaturu mənfi üç dərəcəyə düşüb.
Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzinin nümayəndəsi Hüseyn əl-Qahtaninin sözlərinə görə, Sibirdən arktik hava kütlələrinin ölkəyə daxil olması ilə bağlı anomal temperatur bu həftənin sonuna qədər davam edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ərazisində yanvarın əvvəlindən soyuq hava şəraiti hökm sürür. Belə ki, ayın 19-da Turaif bölgəsində 6, Qürəyyat bölgəsində 5, Ərar bölgəsində 4 dərəcə şaxta qeydə alınıb.