“Nə qədər ki prezidentəm, Belarusun işğal edilməsinə heç vaxt imkan vermərəm”.
BelTA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo ilə görüşündə bildirib.
“Mən heç vaxt rəqiblərimlə mübahisə etmək səviyyəsinə enməmişəm, amma bu gün “Belarus işğal edilib” ifadəsini oxuyandan sonra təəccübləndim. Baş komandan olaraq mən fikir verməmişəm. Bəlkə “Belarusun işğalı” xəbərini sən mənə verməyibsən?”, - deyə A.Lukaşenko komitə sədri Anatoli Lappodan istehza ilə soruşub.
“Report” xatırladır ki, Aleksanrd Lukaşenko Belarus dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi haqqında qərarı təsdiqləyib. Bildirilib ki, 2022-ci ildə Ukrayna istiqamətində dövlət sərhədinə daha çox diqqət ayrılacaq.