Gürcüstanda son sutkada daha 73 nəfər pandemiyanın qurbanı olub. Ölkədə həm də 4 031 yeni yoluxma qeydə alınıb. 4 585 nəfər isə sağalaraq evə buraxılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi yayıb.
Qeyd edək ki, Gürcüstanda indiyədək COVID-19 infeksiyasına 536 202 nəfər yoluxub. Onların 473 502-si sağalıb, 7 101-i isə ölüb.