Almatı şəhərində elektrik enerjisi kəsilib 6 rayonun küçələrində işıqforlar da işləmir, yollarda tıxac yaranıb.
Modern.az-ın məlumatına görə, Qazaxıstanın Almatı şəhərinin rəhbərliyi bildirib ki, elektrik enerjisinin kəsilməsi KEGOC xəttində baş vermiş nasazlıqla əlaqədardır.
“Şəbəkədə gərginlik azalıb, yarımstansiyalarda açılmalar baş verib. Hazırda yenidən qoşulma işlərinə başlanılıb”, - deyə Almatı Meriyası bəyan edib.
Tengrinews.kz saytının məlumatına görə, bu gün Qırğızıstan və Özbəkistanın bir sıra şəhərləri də işıqsız qalıb
Sosial şəbəkələrdə vətəndaşlar işıq olmayan müxtəlif əraziləri qeyd ediblər. Qırğızıstanın Oş şəhərinin, Çuy vilayətinin Jayl və Moskva rayonlarının, Tokmok, eləcə də İssık-Kul vilayətinin sakinlərindən işıqların kəsilməsi ilə bağlı xəbərlər gəlib.
Qazeta.uz-un məlumatına görə, yanvarın 25-də səhər saat 11 radələrində Özbəkistanın paytaxtı Daşkənddə elektrik enerjisi kəsilib. Qeyd olunur ki, Özbəkistanın enerji sistemində böyük qəza baş verib. Paytaxt sakinləri nasosların dayanması səbəbindən suyun təzyiqinin aşağı düşdüyünü bildiriblər.
"Sputnik Özbəkistan"ın məlumatına görə, paytaxtın bütün rayonlarında, Gülüstan, Qarşi, Səmərqənd, Buxara, Kokand, Çirçikdə elektrik enerjisi kəsilib. Nəşr bildirib ki, Daşkənd metrosu fəaliyyətini dayandırıb. Yollarda hərəkət yol polisi əməkdaşları tərəfindən tənzimlənir, çünki kəsişmələrdə artıq tıxac müşahidə olunur - işıqforlar işləmir.
Özbəkistanın Energetika Nazirliyi elektrik təchizatında nasazlığı təsdiqləyib və əmin edib ki, mütəxəssislər problemi aradan qaldırmaq üçün işləyirlər.