
Senzor.az bildirir ki, pandemiyanın onlayn statistikasını aparan worldometers.info saytının yaydığı son hesabatda belə deyilir.
Qeyd olunur ki, virus səbəbindən ölənlərin sayı isə 5 604 501 nəfərdir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 71 709 180 nəfərə çatıb, 868 512 nəfər isə infeksiya səbəbindən vəfat edib.