ABŞ və Aİ nümayəndələri "Taliban" təmsilçiləri ilə görüşdülər – NORVEÇ PAYTAXTINDA KRİTİK DANIŞIQLAR
“Taliban” hərəkatının nümayəndələri Norveçin paytaxtı Oslo şəhərində ABŞ və Avropa İttifaqına (Aİ) üzv dövlətlərin təmsilçiləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.
 
“TRT Haber” bildirir ki, bu barədə KİV-ə Əfqanıstandakı müvəqqəti “Taliban” hökuməti Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Kahhar Belhi məlumat verib.
 
Onun sözlərinə görə, müvəqqəti hökumətin xarici işlər naziri Əmirxan Müttəki Osloda ABŞ və Avropa İttifaqına üzv ölkələrin nümayəndələri ilə Əfqanıstandakı son vəziyyəti müzakirə edib.
 
Məlumata görə, görüşdə Əfqanıstandakı iqtisadi, humanitar, təhlükəsizlik, səhiyyə sahəsindəki vəziyyət və Mərkəzi Bankın fəaliyyətindən bəhs edilib.
 
Qeyd edək ki, Norveç Xarici İşlər Nazirliyi “Taliban” nümayəndələrinin yanvarln 23-25-də Osloya dəvət edildyi barədə açıqlama yaymışdı.
 
Senzor.az xatırladır ki, hazırda Əfqanıstanda işsizlik və ərzaq qiymətlərinin yüksəlməsi müşahidə olunur, yerli valyutanın dəyəri isə kəskin ucuzlaşır və banklar nağd pul çıxarmağa məhdudiyyət qoyurlar.
 
Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, əfqanların 95 faizinin qidası çatmır və aclıq əhalinin 55 faizinin həyatını təhdid edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.