“Ukrayna ətrafında eskalasiya dünyanı dəyişə bilər”.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Əgər qüvvələr ora (Ukraynaya – red.) hərəkət edərsə, bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük işğal olacaq. Bu, dünyanı dəyişəcək”,- Prezident bildirib.
Bundan əvvəl isə Co Bayden bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya qoşun yeritmək niyyətində deyil.
“Bizim Ukraynada öz ordumuzu və NATO qüvvələrini yerləşdirmək niyyətimiz yoxdur”, - deyə dövlət başçısı vurğulayıb.
NATO-nun Baş katibi Yens Stoltenberq də analoji bəyanatla çıxış edərək Alyansa məxsus hərbi birləşmələrin Ukraynaya göndərilməyəcəyini təsdiq edib.
Bununla belə, NATO-nun Şərq cinahında, o cümlədən ABŞ əsgərlərinin göndərilməsi hesabına, hərbi ittifaq qüvvələrinin gücləndiriləcəy istisna edilməyib.