Prezident Co Bayden yanvarın 28-də jurnalistlərə bildirib ki, ABŞ hakimiyyəti yaxın zamanlarda Şərqi Avropaya və NATO ölkələrinə əlavə qoşun göndərmək niyyətindədir.
TASS xəbər verir ki, jurnalistlərin Ukraynadakı vəziyyətlə bağlı yeni məlumatların olub-olmaması haqqında sualına Co Bayden “xeyr, son bir neçə saat ərzində yoxdur”, - deyə cavab verib.
Xatırladaq ki, yanvarın 24-də Pentaqonun sözçüsü Con Kirbi jurnalistlərə bildirmişdi ki, ABŞ Avropaya 8500 əsgər göndərməyə hazırdır, lakin yekun qərar hələ verilməyib. Onun sözlərinə görə, bunlar döyüş, kəşfiyyat, aviasiya, tibb və nəqliyyat bölmələri olacaq. Daha sonra – yanvarın 25-də Kirbi fikirlərinə CNN telekanalında aydınlıq gətirdi ki, ABŞ-ın NATO müttəfiqləri xaricində Avropada qoşun yerləşdirmək planları yoxdur.
Qeyd edək ki, son zamanlar Rusiyanın Ukraynaya potensial müdaxiləsi ilə bağlı iddialar Ukraynada və bütün Qərb ölkələrində tez-tez səslənir. Kremlin sözçüsü Dmitri Peskov bu cür xəbərləri boş və gərginliyin əsassız artırılması kimi qiymətləndirərək, Rusiyanın heç kim üçün heç bir təhlükə yaratmadığını vurğulayıb. Peskov bu cür iddialara haqq qazandırmaq üçün təxribatların baş verə biləcəyini qeyd edib və belə cəhdlərin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.