"Olimpiya Oyunlarında iştirak etmək üçün Çinə səfər edəcək Rusiya Prezidenti Vladimir Putin koronavirus məhdudiyyətlərinə görə heç bir ikitərəfli görüş planlaşdırmır".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Putinin Ukrayna Prezident Vladimir Zelenski ilə də görüş planı yoxdur, lakin bunu tamamilə istisna etmək olmaz.
"Kovid məhdudiyyətlərinə görə ikitərəfli görüşlər planlaşdırılmır. Zelenski ilə də görüş nəzərdə tutulmayıb. Baxmayaraq ki, biz bunu tamamilə istisna edə bilmərik", - Peskov bildirib.
Qeyd edək ki, Rusiya liderinin Pekində Çin rəhbəri Si Cinpinlə ikitərəfli danışıqlar aparması və Oyunların açılış mərasimində iştirakı planlaşdırılır.
Onu da xatırladaq ki, Pekində Qış Olimpiya Oyunları gələn ay - fevralın 4-dən 20-dək keçiriləcək. Çin Mərkəzi Televiziyası cümə günü bildirib ki, Çin tərəfi Oyunların açılış mərasimində müxtəlif dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların 20-dən çox liderinin şəxsi iştirakını gözləyir.
COVID-19 pandemiyası ilə əlaqədar Oyunlar bir sıra məhdudiyyətlərlə keçiriləcək.