Konqo Demokratik Respublikasında (KDR) hərbi tribunal 2017-ci ildə BMT-nin iki əməkdaşının qətlində təqsirli bilinən 51 nəfəri ölüm cəzasına məhkum edib.
Bu barədə "Agence France-Presse" məlumat yayıb.
Məlumata görə, daha bir şübhəli şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, bu iş üzrə iki təqsirləndirilən şəxsə bəraət verilib.
Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, 2003-cü ildən KDR-də ölüm cəzasına moratorium qüvvədədir. Bu hökm adətən ömürlük həbslə əvəzlənir.
Xatırladaq ki, BMT-nin ABŞ və İsveç vətəndaşları olan iki əməkdaşı 2017-ci ilin martında Konqonun Kasai əyalətində itkin düşüb. Onlar bölgədə silahlı toqquşmalarda həlak olan insanların kütləvi məzarlıq yerlərini araşdırıblar. Ekspertlərin meyitləri iki həftə sonra tapılıb. Rəsmi versiyaya görə, onlar yerli silahlılar tərəfindən öldürülüb.