"NATO Rusiyanın Ukrayna ilə bağlı hansı addımlar atmaq niyyətində olduğunu bilmir".
Bunu BBC-yə müsahibəsində Alyansın Baş katibi Yens Stoltenberq deyib.
“Rusiyanın Ukrayna ilə bağlı niyyətləri ilə bağlı qeyri-müəyyənliyimiz var", - Stoltenberq etiraf edib.
Onun sözlərinə görə, NATO vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynaya qoşun yeritməyi planlaşdırmır.
Baş katib əlavə edib ki, bunun əvəzinə NATO əsas diqqətini Ukraynaya silah tədarükünə və Rusiyaya qarşı sanksiya tədbirlərinin inkişafına yönəldəcək.
NATO Baş katibinin fikrincə, Rusiya və Qərb regionda gərginliyin dərəcəsini azaltmaq üçün diplomatik yollardan istifadə etməlidir. Bu baxımdan Stoltenberq Böyük Britaniyanın Baş naziri Boris Consonun gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparmaq istəyini müsbət qiymətləndirib.
“Report” xatırladır ki, bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin Birləşmiş Ştatların Ukrayna ətrafında vəziyyətin diplomatik yolla həllinə sadiq olduğunu bildirmişdi.