Rusiya Donbasa minlərlə təcrübəli ərəb yaraqlısı göndərir – XARİCİ KİV
FOTO/VİDEO
Rusiya Donbasda döyüşmək üçün Suriyadan ərəb muzdluları gətirməyə hazırlaşır. 

“Russkaya Vesna” portalı xəbər verir ki, bu haqda müxalif Suriya KİV-lərində məlumatlar yer alıb.

Bildirilib ki, rusların sayəsində Əsəd hakimiyyətinin tərəfinə keçmiş və hazırda könüllülər korpusunda cəmləşmiş keçmiş yaraqlılardan ibarət dəstələr Donbasa göndərilmək üçün hazırlanır. Onların əksəriyyəti olduqca təcrübəli döyüşçülərdir və əsasən Deraa bölgəsindəndir.

“Məlumatlı mənbələr “Deraa 24” agentliyinə təsdiq ediblər ki, Rusiya dördüncü və beşinci korpusların hərbi qulluqçularını, habelə general Suheyl əl-Həsənin “Pələng” diviziyasının döyüşçülərini muzdla ələ almağa, onlara T-4 aviabazasında yenidən hazırlıq keçməyə hazırlaşır. Təlimlər növbəti həftələrdə başlayacaq”, - məlumatda bildirilir.
                                         Suheyl əl-Həsən və "pələngləri"
Həmin mənbələr təsdiq ediblər ki, təxminən 10 gün əvvəl muzdlu qruplardan biri gücləndirilmiş təlimlərə cəlb olunub və təlimlər yekunlaşan kimi onları Hmeymim aviabazası üzərindən Rusiyanın Cənub Hərbi Dairəsi komandanlığının yerləşdiyi Rostova göndərəcəklər.

“Bildirilir ki, Rusiya həmin qüvvələri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Donbasa atacaq, onların sayı birinci mərhələdə 2 500 döyüşçü təşkil edəcək və növbəti mərhələdə 4 000-ə qədər artırılacaq. Müqaviləyə əsasən hər döyüşçü ayda 700 dollar maaş alacaq, döyüşlərdə iştirak etsələr maaşları 1 200 dollara qədər artırılacaq”, - məlumatda bildirilib.
Bundan əvvəl Rusiyanın Deraa bölgəsindən olan yaraqlıları muzdlular qismində Liviyaya göndərdiyi də deyilir.

“Məlumatlı mənbələr Rusiya zabitlərinə istinadən bildiriblər ki, ərəb yaraqlılarının Donbasda Ukraynaya qarşı döyüşməsi onların üzərindən mənəvi baryerləri qaldırır və bu yaraqlılar döyüşlərin gedişində tərəddüd etməyəcəklər, çünki qarşılarındakı rəqib onlardan dini və etnik baxımdan fərqlənir”, - müxalif Suriya agentliyi yazır.

Suriya rejiminin tərəfinə keçən keçmiş müxalif yaraqlılar məhz Deraa bölgəsində cəmləşiblər. Onlar İŞİD-ə qarşı döyüşlərdə özlərini yaxşı göstəriblər. Bu qruplaşmalar rusiyalı hərbi təlimatçıların rəhbərliyi altında təlim keçir.

“Russkaya Vesna” onu da yazır ki, digər nüfuzlu müxalif Suriya KİV-i olan NORS agentliyi də yaraqlıların Donbasa göndəriləcəyi haqda yazır.

“Yerli mənbələr xəbər verirlər ki, Rusiya Əsəd ordusunun 5-ci korpusundan olan döyüşçülərə Ukraynaya göndərilmək üçün Suriyadakı xüsusi hərbi bazalarda təlim keçir. Daha əvvəl Liviyada olanlar indi Ukraynada təkrarlana bilər”, - həmin mənbə iddia edir.

Azvision.az xatırladır ki, agentlik habelə rusiyalı hərbi təlimatçıların suriyalı yaraqlılara təlim keçdiyi, o cümlədən tankların vurulmasını öyrətdikləri kadrları da təqdim edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.