Gürcüstan müdafiə qabiliyyətinin artırılması məqsədilə ABŞ-dan tank əleyhinə “Javelin” raket qurğuları kompleksinin əlavə partiyasını alacaq.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti 2021-ci ildə Gürcüstana 30 milyon ABŞ dolları dəyərində əlavə “Javelin”lərin satılması barədə qərar qəbul edib: “Gürcüstanın Müdafiə Nazirliyi “Javelin” qurğularını iki ölkə arasında saziş əsasında sadələşdirilmiş qaydada alacaq. 26 milyon 246 min 866 dollar dəyərində qurğuların alınması ABŞ-ın ayırdığı vəsait və Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdiriləcək”.
Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.