Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyanı sürücülər təşkil ediblər.
Onlar əvvəlcə öz avtomobilləri ilə yolları bağlayıb süni tıxac yaratsalar da, sonradan piket Respublika meydanında davam etdirilib.
Sürücülər avmobillərə dair bəzi ödənişlərin bahalaşmasından şikayət ediblər. Məsələn, əvvəllər sürücü mühərrikin gücündən asılı olaraq maşını üçün ildə 26-53 min dram arası pul ödəyirdisə, indi hamı üçün eyni qiymət müəyyən edilib - 41 min dram. Etirazçılar siqnal verərək meydanı tərk etməməyə çalışıblar. Nəticədə böyük tıxac yaranıb. Polis hərəkəti tənzimləməkdən ötrü uzun müddət mübarizə aparıb. Hətta qəza da baş verib. Nəhayət, polis hərəkətə keçərək tıxac yaradan sürücüləri həbs etməyə başlayıb. Onlar avtomobillərdən zorla çıxarılaraq bölmələrə aparılıblar...