![](/uploads/posts/2021-08/1630079620_fotojet-2-2.jpg)
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Daha əvvəl 9 nəfərin ölməsi barədə xəbər verilmişdi. Həlak olanlar arasında FHN əməkdaşları da var.
Azvision.az xatırladır ki, avqustun 26 -da axşam saatlarında Qazaxıstanın Cambul vilayətində silah-sursat anbarında yanğın baş verib. Yanğın partlayışlara səbəb olub. Hadisə nəticəsində 90-dan çox zərərçəkən xəstəxanalara yerləşdirilib. İtkin düşənlərin olduğu bildirilir.