İran İslam İnqilabının 43-cü ildönümünü qeyd edir
Bu gün İranda İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin 15 illik mühacirətdən sonra vətənə qayıdışı günü qeyd olunur. 

Senzor.az yerli KİV-ə istinadən xatırladır ki, AZƏRTAC xatırladır ki, siyasi baxışlarına görə həbslərə və məhrumiyyətlərə məhkum edilən Ruhullah Xomeyni ölkəni tərk etmək məcburiyyətində qalmışdı. Ayətullah Xomeyni 1979-cu ilin fevralın 1-də Parisdən Tehrana qayıdıb. Tehranda onu 3 milyondan çox insan qarşılayıb. Ölkəyə qayıdan Xomeyni inqilaba rəhbərlik edib və şah rejimini devirərək ölkənin Ali Rəhbəri vəzifəsinə seçilib.
 
Onun Tehrana qayıdışından 10 gün sonra - fevralın 11-də ölkədə inqilab baş verib. Həmin 10 günlük müddət İranda “Fəcr ongünlüyü” adlanır və hər il təntənəli tədbirlərlə qeyd olunur.
 
Hər il fevralın 1-də İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei inqilabın banisi Ruhullah Xomeyninin türbəsini ziyarət edərək, orada namaz qılır, şəhidlərin xatirəsini anır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.