Ukrayna “Dəmir günbəz”lərlə bağlı İsrailə müraciət etdi - RUSİYA MƏTBUATI
Rusiya ilə Ukrayna arasında yaranan gərginlik pik həddə çatıb. Bölgədə müharibə ehtimalı artdığı üçün hər iki tərəf ordunun silahlandırılmasını gücləndirib.
 
Rusiya mediası yazır ki, artıq Kiyev ölkənin hava hücumundan müdafiə sistemlərinin tədarükünə yardım etmək üçün İsrailə müraciət edib. 
 
İddia olunur ki, Kiyev həmçinin radar stansiyaları və elektron döyüş sistemləri almağı hədəfləyir. Qeyd olunur ki, İsrailin "Kan 11" telekanalı Ukrayna hakimiyyətinin bununla bağlı rəsmi müraciəti barədə məlumat paylaşıb. Yayılan informasiyada Kiyevin İsrailin hava hücumundan müdafiə vasitələrinin alınması ilə bağlı müqavilə bağlamaq istədiyi vurğulanır. Razılaşma rəsmiləşərsə, tədarüklər yaxın bir neçə il ərzində həyata keçiriləcək. 
 
Rusiya mediasında Ukraynanın həm adi hava hücumundan müdafiə sistemlərini, həm də “Dəmir günbəz” taktiki raketdən müdafiə sisteminin alınmasını nəzərdən keçirdiyinə dair təsdiqlənməmiş məlumatlar da yayılıb.
 
Eyni zamanda, yazı müəllifləri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə diqqət çəkiblər. 2022-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenskinin İsrailə səfəri planlaşdırılır və bu səfər zamanı silah tədarükü ilə bağlı müzakirə aparıla bilər.
 
Azvision.azxatırladır ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndiriblər. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.
 
ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyirlər. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.