ABŞ ordusu Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinə pilotsuz uçuş aparatı ilə hava zərbəsi endirib.
Senzor.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Qeyd edilir ki, zərbə nəticəsində bir İŞİD terrorçusu məhv edilib.
"ABŞ-ın Silahlı Qüvvələri İŞİD planlaşdırıcısına qarşı antiterror əməliyyatı keçirib. Pilotsuz hava zərbəsi Nanqarhar əyalətinə endirilib. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki vətəndaşlar arasında itki yoxdur", - xəbərdə deyilir.
Hava zərbəsi avqustun 26-da Kabil hava limanı yaxınlığında 13 Amerika hərbçisinin ölümünə səbəb olan hücumdan sonra baş verib. Pentaqon indiki əməliyyatın terror hücumu ilə əlaqəli olub -olmadığını açıqlamayıb.