İranda “Əl Əhvazi” terror təşkilatının rəhbərlərindən biri olan Həbib Fərəcullahinin məhkəmə prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, 2020-ci ildə həbs olunan H. Fərəcullahinin məhkəmə prosesinin uzanmasının səbəbi sübutların toplanması olub. Məsələnin mahiyyəti ondadır ki, H. Fərəcullahi və onun rəhbərlik etdiyi təşkilat uzun illər ərzində çox sayda terror aksiyaları törədiblər. Hər bir cinayət epizodu üzrə məhkəmə istintaqının dəqiqliklə aparılması prosesin uzanmasına səbəb olub. Məhkumun əsas təqsiri 2018-ci ildə Əhvaz şəhərində keçirilən mərasimdə terror aksiyası törətməkdir. Həmin ilin sentyabr ayında Əhvazda keçirilən hərbi paradda törədilən partlayış nəticəsində aralarında qadın və uşaq olmaqla 25 nəfər həlak olmuş, 70 nəfər isə ağır yaralanmışdır. Bundan başqa H. Fərəcullahi neft kəmərlərini partlamaqda, hərbi obyektlərdən gizli məlumatları əldə edib xarici dövlətlərin xüsusi xidmət orqanlarına satmaqda ittiham olunur.
Prosesdə çıxış edən prokuror Amil Vəziri H. Fərəcullahinin başqa dövlətlərin xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdüyü zaman çəkilmiş fotolarını nümayiş etdirib.
Prosesi izləyən İran mətbuatı qeyd edir ki, vətənə xəyanətdə ittiham olunan H. Fərəcullahiyə qarşı ölüm hökmü veriləcək. İran qanunlarına görə terrorçuluq və vətənə xəyanət maddələri ilə ittiham olunan şəxsin cinayətləri sübut edilərsə ona ölüm hökmü verilir. H.Fərəcullahinin günahlarının əksər hissəsi məhkəmədə sübuta yetirilib. Proses yaxın günlərdə yekunlaşacaq.