Gürcüstanda son sutka ərzində daha 23 134 nəfər koronavirusa yoluxub, 33 pasiyent pandemiyanın qurbanı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 295 505-ə, sağalanların sayı 1 071 560-a, bu virusdan ölənlərin sayı isə 15 174-ə çatıb.
Hazırda Gürcüstanda 208 745 aktiv koronavirus xəstəsi var, onların da 5 840-ı xəstəxanalarda, 200 951 nəfəri evdə müalicə olunur.
Bundan başqa, 1954 nəfər “COVID otel”lərdə, 51 nəfər karantin rejimindədir.
Ölkənin Təhsil Nazirliyindən bildirilib ki, hazırda Gürcüstanda fəaliyyət göstərən 2085 publik və 217 dövlət məktəbindən 672-si tam distant təhsil sisteminə keçib.
Qeyd olunub ki, son həftə ərzində müəllimlərin 5,8, şagirdlərin isə 2,1 faizi koronavirusa yoluxub.