Prezidentliyə namizəd Le Pen vəd verdi
"SEÇİLSƏM, FRANSA NATO-NU TƏRK EDƏCƏK"
"Prezident seçiləcəyim təqdirdə Fransa NATO-nu tərk edəcək".
 
"Report" xəbər verir ki, bunu Fransa prezidentliyinə namizəd, “Milli cəbhə” partiyasının lideri, deputat Marin Le Pen deyib.
 
“Biz öz maraqlarımızı azad şəkildə müdafiə etməli, hərbi bloklardan çıxmalıyıq. Bir daha başqalarının münaqişələrinə cəlb olunmamalıyıq”, - Le Pen bildirib.
 
Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Hazırkı prezident Emmanuel Makron hələlik seçki yarışında iştirakını rəsmən açıqlamayıb.
 
Qeyd edək ki, 2017-ci ilin prezident seçkilərində “Milli cəbhə” partiyasının lideri Marin Le Pen 10,6 milyon seçicinin (33,94 faiz) səsini toplamağa müvəffəq olub. Bu, “Milli cəbhə” partiyası üçün rekord göstəricidir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.