Netanyahuya qarşı sui-qəsd planı iddiası... 70 YAŞLI QADIN SAXLANILDI

İsrailin mərkəzi bölgəsinin sakini olan yaşlı qadın Baş nazir Benyamin Netanyahuya qarşı sui-qəsd planlaşdırmaqda şübhəli bilinərək "Şin-Bet" (Ümumi Təhlükəsizlik Xidməti - red.) tərəfindən həbs edilib.

 

Senzor.az bildirir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

 

İyulun 24-də şübhəli şəxsə qarşı ittiham irəli sürüləcək. O, terror aktı törətmək məqsədilə əlbir olmaqda ittiham edilir.

 

Qeyd olunub ki, şübhəli şəxs - 70 yaşlarında olan qadın hökumətə qarşı etiraz aksiyalarının fəalıdır. O, yaxınları ilə söhbətində "Baş nazir Benyamin Netanyahunu öldürmək niyyətini ifadə etdiyinə görə" həbs olunub, qadın ona tank əleyhinə əl qumbaraatanı ilə hücum etməyi planlaşdırırmış.

 

"Yedioth Ahronoth" qəzeti yazır ki, qadın etiraz hərəkatının digər fəallarına müraciət edərək silah əldə etməyə çalışıb, həmçinin Netanyahunun mühafizəsinin necə təşkil olunduğu ilə maraqlanıb.

 

Hüquq-mühafizə orqanlarına onun niyyəti barədə məlumat daxil olduqdan sonra şübhəli şəxs "Şin-Bet" tərəfindən saxlanılıb. Qadın dindirilmək üçün Ağır və Beynəlxalq Cinayətlərin İstintaqı üzrə Milli İdarəyə aparılıb. O, günahını qismən etiraf edib.

 

Yaşı, səhhəti və şəxsi vəziyyəti nəzərə alınaraq, qadın elə həmin gün məhdudlaşdırıcı şərtlərlə azadlığa buraxılıb. Qabaqlayıcı tədbir olaraq, şübhəlinin Baş nazirə və dövlət qurumlarına yaxınlaşmasına qadağa qoyulub.

 

İstintaq təfərrüatının dərcini qadağan edən məhkəmə qərarı istintaq bölməsinin tələbi ilə ləğv olunub.

 

Müxalifət lideri Yair Lapid məsələ ilə bağlı fikrini bildirib.

 

"Baş nazir Netanyahuya qarşı sui-qəsd cəhdini qətiyyətlə qınayıram. Ona zərər verməyə cəhd edən və ya cəhd edəcək hər kəs sərt şəkildə məsuliyyətə cəlb olunmalıdır", - deyə o qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.