“Ukraynanın NATO-ya qəbulu ABŞ ordusunu intihara sürükləyəcək”
AMERİKALI EKS-KƏŞFİYYATÇIDAN ŞOK AÇIQLAMA
ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter "Russian Today" (RT) üçün maraqlı bir təhlil yazıb. 
 
Azvision.az-ın məlumatına görə, məqalədə qeyd edilir ki, Amerika Ukraynaya görə Rusiyaya qarşı müharibəyə qatılarsa, bu, ABŞ ordusunun intiharına bərabər olacaq.

O vurğulayıb ki, Kiyev NATO-ya daxil olarsa, Alyansın nizamnaməsinin beşinci maddəsi ABŞ-ı Ukraynanın tərəfini tutmağa məcbur edəcək. “Bu zaman, ABŞ ordusunun keçmiş kəşfiyyatçısının dediyi kimi, NATO Ukraynanı öz “çətiri” altına almağa məcbur olacaq. Bura isə Ukrayna ərazisində hava hücumundan müdafiə sistemləri, aviasiya və döyüş qrupları yerləşdirmək kimi məsələlər də daxildir.
 
 
Bu çətir hazırlanandan sonra Ukrayna özündə hibrid münaqişəyə başlamaq üçün cəsarət tapacaq. Hansı ki, bu münaqişəyə səbəb kimi Rusiyanın Krımı işğal etməsini görürlər”,-Ritter yazıb.
 
Məqalə müəllifinin fikrincə, Kiyev bu yolla Şimali Atlantika Alyansını Rusiya Federasiyası ilə müharibəyə cəlb edəcək. Eyni zamanda, Skot Ritter vurğulayıb ki, Rusiyaya qarşı müharibə Amerika Silahlı Qüvvələrinin indiyədək iştirak etdiyi müharibələrin heç birinə bənzəməyəcək.
 
“Bir vaxtlar Sovet Ordusu ilə döyüşmək üçün təlim keçmiş biri kimi şahidlik edə bilərəm ki, Rusiya ilə müharibə ABŞ ordusunun indiyədək üzləşdiyi heç nəyə bənzəməyəcək”,-keçmiş kəşfiyyatçı vurğulayıb.
 
Onun fikrincə, müasir ABŞ ordusu təşkilatlanmayıb, şəxsi heyət isə zəif hazırlıqlı olmaqla yanaşı, Rusiya ilə hipotetik müharibəyə də tamamilə hazır deyil. Məsələn, amerikalı keçmiş kəşfiyyatçının vurğuladığı kimi, ABŞ hərbi doktrinasında irimiqyaslı müharibədə iştirak nəzərdə tutulmur və silahlı qüvvələrin özü də peyk rabitəsinə həddindən artıq arxalanır... Ritter yazır ki, Rusiya ilə münaqişə yaranarsa, ABŞ hərbi peykləri Moskvanın Radioelektron Mübarizə Sistemlərinin köməyi ilə tez bir zamanda sıxışdırılacaq və Amerika ordusu məğlub olacaq. O, həmçinin qeyd edib ki, amerikalılar Yaxın Şərqdəki kampaniyalarının "istixana şəraitinə" öyrəşiblər. Rusiyada bu baş verməyəcək. Həmçinin, müəllifin yazdığı kimi, xüsusən də Rusiyanın hava hücumundan müdafiə sistemlərini və döyüş təyyarələrini nəzərə alsaq, Amerikanın döyüşlərdə hava üstünlüyü olmayacaq. 
 
Sonda Ritter bir daha vurğulayıb ki, Ukraynanın Şimali Atlantika Alyansına qəbulu ABŞ Ordusunu intihara sürükləyəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.